1998-ci ildə qurulan Bimser Nyu Yorkda yerləşən qabaqcıl bir proqram təminatı şirkətidir. Şirkət sertifikatlaşdırılmış SAP satıcısı və Microsoft Gold Partnyor-dur.
Rəqəmsal transformasiya tərəfdaşı olaraq, Bimser sadəliyin gücünə inanır. Sadəlik məhsuldarlığı artırır, işçi və müştəri məmnuniyyətini artırır, xərcləri azaldır və istənilən iş yerində gəliri yaxşılaşdırır.
Tərəfdaşlarımız
1C: Müəssisə, nisbətən ucuz qiymətə təmin oluna bilən, açıq kod mənbəyinə və çevik modifikasiya imkanlarına malik, MDB məkanında ən populyar olan idarəetmə tətbiqetməsidir. Milyondan çox müştərisi və 10 mindən çox satış ortağı var.
1C: Müəssisə mühasibat, kadrlar, istehsal və ticarət (satış) kimi funksiyalar üzrə gündəlik müəssisə fəaliyyətlərinin avtomatlaşdırılması üçün nəzərdə tutulub.
Smartsheet, bütün sektorlar üzrə təşkilatlarda müvəffəq olduğunu sübut edib. Fortune 500’in 75%-dən artıq şirkətləri strateji təşəbbüslərini idarə etmək üçün Smartsheet’dən istifadə edir.
Bu günün ən böyük təşkilatlarının ehtiyaclarına cavab verən çevik, sadə, təhlükəsiz və rahat genişləndirilə bilən platformaya malikdir. Real vaxt sinxronizasiyasını təmin edir və problemsiz kommunikasiyanı asanlaşdırır